Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında zədələndi
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərovun Lent.az-a verdiyi məlumata görə, qadınların mübarizəsində 75 kq çəkidə çıxış etməli olan Rumyana Petkova məşq vaxtı zədələnib.
“Körpücük” üzərinə çıxmağa bir gün qalmış 28 yaşlı idmançının qolu burxulub. Bu səbəbdən, qadın təmsilçimiz mübarizə apara bilməyib.
Əslən Bolqarıstandan olan Petkova dünya çempionatı öncəsi həmyerlisi Silviya Angelova ilə birgə millimizin heyətinə cəlb olunub. Angelova 48 kq çəki dərəcəsində 29 iştirakçı arasında 22-ci yeri tutub.
Qeyd edək ki, Rumyana Petkova Bolqarıstan millisində çıxış etdiyi vaxt 2006-cı ildə orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapıldığı üçün 2 illik diskvalifikasiyaya məruz qalıb.
Elşən Məmmədov

705