Hafiz Məmmədov: “Bakı”da heç bir problem yoxdur” – MÜSAHİBƏ
Lent.az-ın məlumatına görə, Məmmədov son zamanlar klubda baş verən bir sıra problemlərə aydınlıq gətirib:
- “Bakı”nın köhnə rəhbərliyi yeni strukturda fəaliyyətlərini davam etdirəcək?
- Əlbəttə. Bu, futboldur. Biznes deyil ki, hansısa səhv olanda onu uzaqlaşdırasan. Onların hamısı futboldan anlayışı olan insanlardır.
- Belə çıxır ki, onların istefaları qəbul olunmayıb...
- Qəbul olunub. Amma ola bilsin ki, kimsə yerini bilmədiyi üçün yeni struktur üzrə səlahiyyətlər bölündü. Kim konkret hansı işlə məşğul olacaqsa, onlar danışıldı. İstər köhnə, istərsə də yeni “qvardiya” olsun, klub fəaliyyətini davam etdirəcək. Yeni strukturla yaxın vaxtlarda saytımızda tanış olacaqsınız.
- Ümumiyyətlə, UEFA-nın “Bakı”ya texniki məğlubiyyət verməsinin günahı kimdə oldu? Konkret ad çəkə bilərsiniz?
- Bu, bizim başımıza gəlibsə, başda mən olmaqla, yəqin ki, hamımızın günahı var. Rəhbər “bu elədi”, “o elədi” sözünü deməməlidir. O, eləyibsə, mənim kadrımdır. Demək, günahın biri mənə çatır. Doğrudan da böyük, anlaşılmaz bir şey idi. Bəlkə də təcrübəsizlikdən irəli gəlir. Amma bu, Azərbaycan futboluna da mənfi təsirini göstərdi. O cümlədən də klubumuza. Günahlar klubun özündə, klubun menecmentində idi.
- “Bakı”nı Azərbaycan Kubokunun finalında ədalətli oyun qaydalarını pozmaqda suçlayırdılar...
- Nədə ədalətsizlik etdik? Çempionatın son tur öncəsi hamı gözləyirdi ki, “Bakı” “Xəzər Lənkəran”a oyunu verəcək və rəqibini çempion edəcək. Ədalətsizlik etsəydik, elə “Xəzər Lənkəran”ı çempion edərdik də... Kubokun finalında Ernad Skuliçin vurduğu qol zamanı mən də stadionda idim. O qola sevinmədim. Çünki mən topun idman mübarizəsi şəraitində vurulmasını, gözəl alınmasını istəyirəm. Görürsünüz, Georgi Adamiyanın “İnter”in qapısından keçirdiyi topu siz mətbuat işçiləri ötən mövsümün ən yaxşı qolu seçmisiniz. Mən də istəyirəm ki, gözəl qol vurulsun. Yəni, kuryoz qol olmasın. Lakin belə alındı. Bəlkə də oyunçularda olan ajiotaj, matçın qurtarmasına 5-6 dəqiqə qalması üzündən kimsə bunu düşünmədi.
- Sizcə, “Bakı”dakı problemlər nə vaxt həllini tapacaq?
- “Bakı”da problem yoxdur. Futbolda eniş-yoxuş dövrləri olur. Gözləyək, eniş dövrü uzun müddət davam etsə, bu sualları verək.
- Bir problem var ki, “Bakı”nın əvvəllər transfer olunan futbolçuları yeni alınanlara daha yüksək əmək haqqının verilməsindən narazıdırlar...
- Əmək haqqının az və ya çoxluğu da ayrı mövzudur. Puldan danışmayaq. Bahalı futbolçulardan biri Joel Epalle olimpiya çempionudur. Kiminsə oyunu alınmırsa, gözləyək. Gələcəkdə oyunlarına baxaq. Uzun müddət davam etsə, oturub hamımız birgə müzakirə edərik. Komandada belə bir problem yoxdur.
- Ötən mövsüm komandanıza gümüş medal və kubok qazandıran Jaba ilə Aleksandr Şoliç ən yaxşı legioner və ən yaxşı yarımmüdafiəçi qismində mükafatlandırıldılar. Amma bu mövsüm “Bakı” o qədər də yaxşı təsir bağışlamır. Bunu nə ilə izah edərdiniz?
- Doğrudan da Jaba ilə Şoliç çempionatın ən yaxşı oyunçularından idilər. Cari mövsümdə arxada qalan 6 tur ərzində onların oyunları alınmırsa, inanıram ki, Jaba da, Şoliç də çempionatımızda öz sözlərini yenə deyəcəklər. Onlara mətbuatın verdiyi qiyməti çox düzgün sayıram. Komandanın bu ilki çıxışını isə bəyənmirik. 3 tur gözlədim. Dedim ki, bəlkə çempionatın əvvəlidir, yeni oyunçuların bir-biri və komanda ilə anlaşmazlığı var. Lakin 5-ci oyunumuzdan sonra bir qədər narahat olmağa başladım. Sentyabrın 22-də baş məşqçi Vinfrid Şeferi görüşə dəvət etdim. Bir çox məsələləri müzakirə etdik. Mənə aydın oldu ki, nə məşqçidə, nə rəhbərlikdə, nə idarəetmədə elə bir problem yoxdur. Problem oyunçulardadır. Futbolçular isə öz sözlərini deyəcəklərinə bugünkü tədbirdə vəd verdilər.
- Bəlkə Avropa Liqasındakı arzuolunmaz olaydan sonra komandada bir psixoloji sarsıntı var?
- O, var idi. Amma avqust-sentyabr aylarında bu, keçdi. Bir tur olar, iki tur olar. Lakin artıq 5 oyunumuz arxada qalıb. Nəticələr yenə də qənaətbəxş deyil. Lakin mənim oyunçularım səviyyəlidirlər və inanıram ki, öz gözəl oyunları ilə azarkeşləri sevindirəcəklər.
- Uğursuz zolaqdan çıxmaq üçün komandaya nə lazımdır?
- Məşqçimiz, oyunçularımız yüksək səviyyəli, idarəetmə, bazamız əladır. Bircə dənə qalır ki, futbolçular öz oyunlarını tapıb, gözəl çıxış etsinlər. Başqa nə dərd var ki... Varsa, siz deyin.
- “Simurq”la Zaqatalada keçirdiyiniz oyunda baş məşqçi ilə Şoliç arasında baş verən insidentdən xəbəriniz oldu?
- Xəbərim oldu. Şeferin addımını dəstəklədim. Yəni, Şoliçi cəzalandıraraq, əvəzedicilərdən ibarət komandamıza göndərib. Futbolçumuz da heç bir etiraz etmədən, başını aşağı salıb, əvəzedici heyətlə məşqlərini etdi. Heç bir etirazsız. Özü də səhvini başa düşüb ki, düzgün etməyib. Buna çox sevindim. Məşqçi komandanın başında olan şəxsdir. Onun səhv qərarı da olsa, oyunçu bunu ayrı yerdə deməlidir. Etirazını meydança daxilində bildirməməli idi.
- Mükafatlandırma mərasimində əvvəlki baş məşqçiniz Cüneyt Biçər də iştirak edir. Onu kim dəvət edib?
- Biçərlə tədbirdən bir gün öncə telefonla danışdıq. Ondan xahiş etdim ki, bu günkü mərasimə qatılsın, zaman tapıb gəlsin və öz qazandığı mükafatı canlı izləsin. Sağ olsun ki, gəldi.
- Almaniya ilə oyunda yığmamızın 1:6 hesablı məğlubiyyətinə münasibətinizi bilmək istərdik?
- Vallah, gözləmirdik. Mən futbolu sevən adamam. Millimizə də inamımız böyükdür. Gözlənilməz nəticə oldu. Lakin bilirəm ki, belə nəticələr bir daha təkrar olunmaz. İnşallah, Avstriya və Türkiyə ilə qarşıdakı görüşlərdə futbolçularımız bizə Almaniyaya məğlubiyyət acısını unutdurarlar.
Elşən Məmmədov

1233