Zaur Ramazanov: “Məndən yaxşı yeyib-içən olar” - MÜSAHİBƏ
Futbolçu karyerasını başa vuran Zaur Ramazanovun Lent.az-a eksklüziv müsahibəsi
- Bu gündən futbolçu karyeranı başa vurmusunuz. Nə işlə məşğul olacaqsınız?
- İnşallah onu zaman göstərəcək, nə bilim. Yaxın vaxtlarda bir yerdə görərik...
- Başqa klublardan təklif almışdınız?
- Çox komanda orda oynamağımı istəyirdi, amma özüm razılaşmadım. Mən birinci dəstədə oynayası futbolçu deyiləm. Karyeramı “Xəzər-Lənkəran”da başa vurmaq qərarına gəldim.
- Son komandanız olan “Xəzər-Lənkəran”la nə isə probleminiz yaranmayıb ki?
- Xeyr, məni ora Mais Mənsimov çağırmışdı, sağ olsun. Gördü ki, klubsuz qalmışam, çağırdı öz yanına.
- Bildiyimizə görə, “Xəzər-Lənkəran”a keçəndə heç pul da istəməmisiniz?
- Pul deyəndə, bilirsiniz “Xəzər-Lənkəran”da məndən çox pul qazanan olmayıb ki... Ona görə də bu dəfə pul məsələsini qabartmadım. Əvvəl yaxşı oynamaq lazımdı, sonra pul haqqımda fikirləşmək olar.
- Görünür, özünüzü göstərə bilməmisinz...
- Komandaya 6 aylıq zədədən sonra yollanmışdım. Yavaş-yavaş özümə gəlirdim ki, yeni məşqçi gəldi dedi ki, yaşı çoxdu, bizə cavan oyunçular lazımdı. İstəmədim məsələ çox böyüsün, ona görə də klubdan da, futboldan da uzaqlaşdım.
- “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednikdən narazı qalmamısınız?
- Hər məşqçinin öz yolu var. O da cavanlaşdırma siyasəti aparır. Necə olacaq, bunu zaman göstərər. Məncə, burada çox işləyə bilməz.
- Məşqçiliyə başlamaq fikriniz yoxdu ki?
- Yox, yox. Məşqçi işləmək fikrim yoxdur.
- Eşitdiyimizə görə, bizneslə məşğulsunuz, obyektiniz var...
- Nə danışırsınız, məndən biznesmen olar? Məndən yaxşı yeyib-içən olar. Əvvəllər necə olmuşam, bundan sonra da elə.
- Belə çıxır ki, futbol oynayanda da yeyib-içməklə məşğul olmusunuz...
- Həmişə meydanda can qoymuşam, əlimdən gələni əsirgəməmişəm. Mən futbol oynayanda hansısa “Durdunbay” Azərbaycan çempionatında bombardir deyildi axı... İndi futbolumuzun səviyyəsi gör nə qədər aşağı düşüb ki, o da gəlib bombardir olur.
- Deməli özbək futbolçunun burada bombardir olmasını qəbahət sayırsınız...
- Əlbəttə ki, qəbahətdir. Lap bizə təhqirdir. Gör, biz nə gündəyik ki, kim gəlib qollar vurur.
- Özbəkistanlı hakim dünya çempionatının oyunlarını idarə edə bilər, bəs futbolçusu Azərbaycanda bombardir ola bilməz?
- Gəl hakimliklə, futbolçu işini bir tərəziyə qoymayaq.
- Bahodir Nasimov “Rubin”in ehtiyat heyətində oynayıb...
- Başa düşmürəm, onların əvəzedici heyətlə bizim çempionatı eyni səviyyəyə gətirmək olmaz axı...
- Amma razılaşın ki, bu yaşdan sonra əvvəlki formada oynaya bilməzsiniz...
- Əvvəlkindən də yaxşı oynayardım. Sadəcə, özüm davam etdirmək istəmədim. Hər şeyin öz vaxtı var. Futbolu başıuca tərk etmək istədim.
Nizam Rza

876