“Nasimovun hər qolundan sonra “Neftçi”nin emblemini öpməsi məni fərəhləndirir”
Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov sentyabrın 25-də keçiriləcək matçı Azərbaycan futbolunun bəzəyi adlandırıb.
O, son 5 görüşdən qalib ayrılmalarını kollektiv daxilindəki mehribançılıqla əlaqələndirib. Süleymanov “Xəzər Lənkəran”la oyunun “fair-play” qaydaları çərçivəsində keçəcəyinə inam ifadə edib.
Baş məşqçi Arif Əsədov isə bildirib ki, “Neftçi”də yerli-əcnəbi müqayisəsi yoxdur: “Futbolçular bir-birləri ilə çox mehribandır. Legionerlər “Neftçi”nin Azərbaycanın ən köklü klubu olduğunu dərk edirlər. Onlar klubun rəmzlərinə hörmətlə yanaşırlar. Misal üçün Bahodir Nasimovun hər dəfə qol vurandan sonra klubun formanın üzərindəki emblemini öpməsini göstərmək olar. Bu məni fərəhləndirir. “Xəzər-Lənkəran”la oyuna gəlincə, qələbə qazanıb, liderliyimizi davam etdirməyə çalışacağıq”.
Bundan sonra görüşdə iştirak edən futbolçular – Bahodir Nasimov, Ruslan Abışov və Mirhüseyn Seyidov hər zaman dəstək olduqları üçün fanatlara minnətdarlıqlarını bildirib. Nasimov “Xəzər-Lənkəran”la görüşdə də qələbə seriyasını davam etdirməyə çalışacaqlarını deyib. Zədəsini yenicə sağaltmış Abışov zirvədə qalmaq üçün “Neftçi”ni heç-heçə qane etsə də, yalnız qələbə haqda düşünəcəklərini söyləyib. Seyidov isə bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Oxşar yazılar

Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21