Mirkamil Rəhimov: “Uğurlarımıza şübhə ilə, paxıllıqla yanaşırdılar” - MÜSAHİBƏ
- İdmançılarımızın Sinqapur olimpiadasında çıxışlarını təhlil edərkən, hansı qənaətə gəlmisiniz?
- Olimpiadadan qayıtdıqdan sonra idmançılarımızın çıxışlarını analiz etmişik. İştirakçı ölkələr arasında Azərbaycan faydalı iş əmsalına görə ikinci yeri tutub. Yəni, 12 idmançımızdan 8-i 5 qızıl, 3 gümüş medal qazanıb. Bu isə o deməkdir ki, yığmamızın faydalı iş əmsalı 66,7 faizə bərabər olub. Bu göstəricidə Azərbaycanı yalnız 75 faizlik əmsala malik Çin qabaqlaya bilib. Bizdən sonra Ukrayna, Keniya, Rusiya, Özbəkistan, Qırğızıstan və digər ölkələr gəlir. Yəni, yığmamız bu cür yüksək nailiyyət əldə edib. Bununla yanaşı, ümumi komanda hesabında 11-ci, 62 İslam dövləti arasında 1-ci, MDB ölkələri arasında 3-cü, Avropada 6-cı yeri tutmuşuq.
- Bəs 4 idmançımızın medalsız qalması nə ilə əlaqədar idi?
- Bu uşaqlar idman termini ilə desək, “yandılar”. Onlar olimpiadada yüksək nəticə göstərməyə hazır idilər. Şaban Şahpələngov gənclər arasında dünya çempionatının qalibi olmuşdu. Sinqapurda olarkən, hiss edirdim ki, Şahpələngov gün-gündən “solur”. Əvvəlki günlərdə qazanılan medallar ona pis təsir edirdi. O çalışırdı ki, rinqə çıxsın, vuruşsun, tez medal qazansın. Beləliklə, Şahpələngov rinqə çıxacağı günü gözləyə-gözləyə “yandı”. Həmçinin, taekvondoçu Səbuhi İsmayılzadə ilə cüdoçu Cəlil Cəlilov. İsmayılzadə yarışa “wild kart”la (azad kart – red.)qatılan surinamlı taekvondoçuya uduzdu. Kanoeçi Radoslav Kutsev isə pis çıxış etmədi. Kanoe sprint növündə 6-cı yerə çıxdı. Onun ¼ finalda uduzduğu kubalı idmançı olimpiya çempionu oldu. Kutsev ilk dəfə kanoe slalom növündə də qüvvəsini sınadı və yenə 6-cı oldu. Bu dəfə yarımfinala gedən yolda onun qarşısını ukraynalı gələcək olimpiya mükafatçısı kəsdi. Kutsev ən azı 4-cü yeri tuta bilərdi. Amma 6-cı yer də onun üçün pis nəticə deyil.
- Nəyə görə olimpiadaya qazanılan lisenziyaların sayı az idi?
- İdmançılarımız sadəcə, bu qədər lisenziya qazana bilmişdilər. Daha çox lisenziya qazanmaq asan deyildi. Digər tərəfdən, məsələn, sərbəst güləş növündə 5 idmançımız vəsiqə əldə etsə də, olimpiadanın təşkilat komitəsi onların cəmi 2-nə icazə verdi. Boks növündə bir ölkəni maksimum 3 idmançı təmsil edə bilərdi. Güzəştli iştirak hüququnu nəzərdə tutan “wild kart” almağa cəhd etsək də, vermədilər. “Wild kart” heç bir iştirakçısı olmayan ölkələrə verilir. Bir də ki, “iştirak xətrinə iştirak”ın mənası yoxdur.
- Beynəlxalq qurumlar Azərbaycan yığmasının nəticəsini necə qarşıladılar?
- Beynəlxalq qurumlar çox pis qarşıladılar. O mənada ki, Azərbaycan birdən-birə 5 qızıl medal qazandı. Bu nəticə onlar üçün gözlənilməz oldu. Onlar razı deyildilər ki, nə oldu, Azərbaycan ən güclü dövlətlərlə bərabər medalçılar sırasına gəlib çıxdı?
- Onlarda idmançılarımızın uğurlu çıxışına dair şübhələr yaranmışdı?
- Bəli. Şübhələr var idi. Məsələn, bir faktı deyim: ağırlıqqaldırma növündə olimpiya çempionumuz Nicat Rəhimovla rəqabət aparan çinli idmançı ikinci yeri tutdu. Mükafatlandırma mərasimindən sonra o, gümüş medalı cibinə qoydu. Bu zaman jurnalistlər ona yaxınlaşıb bu addımının səbəbini soruşdular. Çinli idmançının cavabı belə oldu: “Mən 7 milyon atlet içərisindən seçilib, bura gəlmişdim ki, qələbə qazanım. Amma hansısa azərbaycanlı məni uddu”. Bundan sonra o, Rəhimovun dopinq qəbul etdiyi iddiası ilə protest verdi. Təcili dopinq-test apardılar. Nicatda hər şeyin qaydasında olduğu üzə çıxdı.
- Azərbaycanın nəticələrini gözü götürməyənlər də vardı?
- Əlbəttə, paxıllıqla yanaşırdılar. Mən Belarus nümayəndə heyəti ilə söhbət edirdim. Soruşuram ki, “İşləriniz necədir?” Belə cavab verirlər: “İşlər sizdədir. Bizdə nə var ki...” Yəni, “Siz 5 medal qazanmısınız, iş sizdədir, bizdə heç nə yoxdur”.
- Bəlkə onlar gördüyünüz işi dırnaqarası formada qəbul etdiklərini çatdırmaq istəyiblər?
- Xeyr. Sadəcə, paxıllıq edirdilər ki, Azərbaycan çoxlu medal qazana bilib, Belarus yox. Taksidə getdiyimiz vaxt sürücü Azərbaycandan olduğumuzu bildikdən sonra “Bu, ağırlıqqaldıranı Çin təmsilçisinə qalib gələn ölkədir?” deyə soruşdu. Yəni, bizi bu cür də tanıyırdılar. Biz Fransa, ABŞ, İngiltərə, Almaniya kimi çox böyük dövlətləri geridə qoyduq.
- Yeri gəlmişkən, Almaniya mətbuatı olimpiadanın yenicə start götürdüyü günlərdə bir yazı dərc etmişdi. Həmin yazıda Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında çıxış edən “lipa” idmançılardan bəhs olunurdu. Qeyd edilmişdi ki, idmançılar arasında bığ-saqqallı, daz oğlanlar, eləcə də sinəsi qabarıq qızlara rast gəliblər. Belə idmançıların “lipa” olduqları qənaətinə gələn almaniyalı həmkarlarımız Azərbaycanın da yaşları süni şəkildə azaldılmış idmançılardan yararlandığını iddia etmişdi. Hətta həmin yazıda münasibət öyrəndikləri Beynəlxalq Olimpiya Komitəsi rəsmilərindən biri “lipa” idmançı aşkarlayacaqları halda ciddi cəza tədbirinə əl atacaqlarını bildirmişdi...
- Həqiqətən də belə faktlar var idi. İdmanın içində olan insanlarıq. İstər-istəməz uşaqlarla işləyirik. Olimpiadada “lipa”ya oxşayan idmançılar var idi. Görürəm ki, yaşı süni şəkildə azaldılmış idmançıya oxşayanlar var. Amma ayırd etmək çətindir. Əlbəttə, başında tük olmayan idmançının heç olmasa, 30 yaşı olmalıdır. Onun 17-18 yaşında olması qeyri-mümkündür. İnsanlar zahiri xüsusiyyətlərindən asılı olaraq, yaşlı görünə bilərlər. Lakin bu, o demək deyil ki, onun 100 faiz yaşlı olduğu qənaətinə gələk. Amma yığmamızın heyətində 18 yaşdan yuxarı idmançı yox idi. Hamının sir-sifətinə baxanda, bunu görmək olardı. Sərbəst güləşçimiz Əli Maqomedabirov 100 kq çəkidə çıxış etsə də, zahirən uşağa bənzəyir. Dindirəndə də buna əmin ola bilərsiniz. 17 yaşı yenicə tamam olub. Yəni, onlar acıqlarından, medal qazana bilmədiklərindən belə iddialar ortaya ata bilərlər. Ümumiyyətlə, dünyada ayrı-ayrı idman növləri üzrə keçirilən yarışlarda belə faktların olduğunu inkar edə bilmərəm. Lakin 3600 idmançının iştirak etdiyi Sinqapur olimpiadasında bir nəfəri də buna görə yoxlamadılar. Heç şübhə ilə də yanaşmadılar. Çünki hər bir idmançının əlində dövlət tərəfindən təsdiqlənmiş şəxsiyyəti təsdiq edən sənədi var.
Elşən Məmmədov

1208