Mart Ukraynada son yarım ilin ən qanlı ayı  olub - RƏSMİ
12 aprel 2026 13:31 (UTC +04:00)

Mart Ukraynada son yarım ilin ən qanlı ayı olub - RƏSMİ

0

2026-cı ilin fevral ayı ilə müqayisədə mart ayında Ukraynada mülki itkilərin sayı 49 faiz artaraq 211 nəfər həlak olub, 1206 nəfər yaralanıb ki, bu da 2025-ci ilin iyul ayından bəri ən yüksək göstəricidir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu barədə BMT-nin hesabatında qeyd edilir.

Yeri gəlmişkən, 2025-ci ilin iyul ayında ən azı 1674 mülki şəxs itkisi (286 nəfər həlak olub, 1388 nəfər yaralanıb) qeydə alınıb.

Hesabatda deyilir: "Ölümlərin əksəriyyəti (61 nəfər həlak olub, 448 nəfər yaralanıb) Rusiyanın raket və dron hücumları nəticəsində baş verib. Rusiyanın qısa mənzilli dron hücumları nəticəsində 66 nəfər həlak olub, daha 369 nəfər yaralanıb".

BMT-nin məlumatına görə, 2026-cı ilin birinci rübündə Ukraynada 556 nəfər həlak olub, 2731 nəfər yaralanıb. Bu rəqəmlər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar