“Qalatasaray”dan kritik xal itkisi
12 aprel 2026 23:03 (UTC +04:00)

“Qalatasaray”dan kritik xal itkisi

0

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

Lent.az xəbər verir ki, günün ilk matçında "Göztəpə" öz meydanında "Kasımpaşa" ilə üz-üzə gəlib.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

Günün son qarşılaşması isə İstanbulda baş tutub. Lider "Qalatasaray" öz meydanında "Kocaelispor"u sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən matçda ev sahibləri kritik xal itkisi ilə üzləşib. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, turnir cədvəlinə 68 xalla "Qalatasaray" başçılıq edir. Ondan 2 xal az toplayan "Fənərbaxça" isə ikinci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar