Toyda bəy gəlinə şillə vurdu  - Anası qızını  apardı -  VİDEO
06 aprel 2026 19:07 (UTC +04:00)

Toyda bəy gəlinə şillə vurdu - Anası qızını apardı - VİDEO

0

Toy mərasimi zamanı baş verən xoşagəlməz hadisə həm iştirakçıları, həm də sosial şəbəkə istifadəçilərini şoka salıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yayılan görüntülərdə bəyin toy günü gəlinə fiziki zorakılıq göstərdiyi anlar əks olunub.

Baş verənlərdən sonra gəlinin anası dərhal müdaxilə edərək qızını bəyin yanından uzaqlaşdırıb. Kadrlarda ananın qızını götürərək toy məkanını tərk etdiyi anlar diqqət çəkir.

Hadisədən sonra toy mərasimi davam etdirilməyib. Məkan daxilində böyük çaşqınlıq yaşanıb, qonaqlar isə nə edəcəklərini bilməyiblər.

Görüntülərin yayılmasından sonra sosial şəbəkələrdə hadisəyə qarşı çoxsaylı etirazlar səsləndirilib. Xüsusilə toy günü baş verən zorakılıq faktı geniş müzakirələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar