Rüfət Ağayev Avropa çempionatına gedir
05 iyun 2010 11:00 (UTC +04:00)

Rüfət Ağayev Avropa çempionatına gedir

İyunun 9-da Macarıstanın Moşonmaqyarovar şəhərində WPC (World Powerlifting Congress) versiyası ilə powerlifting (üçnövçülük) və benç-press (ştanqı tədricən sinədən qaldırma) üzrə Avropa çempionatı keçiriləcək.


Lent.az-ın məlumatına görə, beş gün davam edəcək yarışda Azərbaycan 1 idmançı ilə təmsil olunacaq.

125 kq çəki dərəcəsində dəfələrlə dünya və Avropa çempionu, bir neçə dünya rekordçusu Rüfət Ağayev titul kolleksiyasına daha birini əlavə etməyə çalışacaq. İdmançımız powerlifting (üçnövçülük) yarışlarında çıxış edəcək. Azərbaycan Powerlifting Federasiyasının prezidenti, 2 qat dünya və Avropa çempionu Ələddin Əliyev də Avropa çempionatı davam etdiyi günlərdə Macarıstanda olacaq. O, beynəlxalq federasiya rəhbərliyi ilə gələn ilin sentyabrında Bakıda keçirilməsi nəzərdə tutulan dünya çempionatının təşkilatçılığı ilə bağlı müzakirələr aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar