AFFA-dan şikayət və üzrxahlıq
13 yanvar 2010 10:30 (UTC +04:00)

AFFA-dan şikayət və üzrxahlıq

Lent.az-ın məlumatına görə, futbol qurumumuz UEFA-nın Nəzarət və İntizam Komitəsinin (NİK) 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə qəbul etdiyi 8 yanvar 2010-cu il tarixli qərarın cərimə hissəsindən narazı qalıb.


NİK yığmamızın heyətində yaşı süni şəkildə azaldılan futbolçuların tapılması ilə əlaqədar AFFA-nı 60 min avro cərimə edib. AFFA-nın rəsmi saytında yerləşdirilən məlumatda bu cərimənin azaldılması və ya ləğvinin xahiş edildiyi göstərilməyib.

Bununla yanaşı, AFFA rəhbərliyi Ukrayna, İspaniya və Kipr futbol federasiyalarına üzrxahlıq məktubu göndərib. Buna səbəb, 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilən İspaniya – Azərbaycan, Azərbaycan – Ukrayna və Kipr – Azərbaycan oyunlarında yığmamızın heyətində yaşı süni olaraq azaldılmış futbolçuların çıxış etməsidir.

Qeyd edək ki, UEFA NİK hər üç oyunun nəticəsini ləğv edərək, yığmamıza texniki məğlubiyyət verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar