İsveçrə millisinin futbolçusu Blerim Dzemailinin keçmiş həyat yoldaşı Eryona Süleymani maraqlı fikirlərlə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, cazibədar xanım “Qalatasaray”ın sabiq oyunçusundan ayrılmasının səbəblərini açıqlayıb.
Süleymani futbolçunun həyat yoldaşı olmağın çətinliklərindən də bəhs edib: “Bu gün sərbəst və xoşbəxt bir qadın olaraq, futbolçu yoldaşının həyatının nə qədər çətin olduğunu görmüşəm. Öz həyatını ikinci plana atırsan, ölkələri dəyişirsən, gəzirsən. Blerimi sevirəm, o, övladlarımın atasıdır, hörmət edirəm. İstədiyi həyatı yaşaya bilər. Ayrılmağımızın səbəbi bir-birimizə qarşı münasibətin soyuması və sevgimizdən həzz almamağımız idi. Artıq yataqda ondan istədiyimi ala bilmirdim və bunun üçün də uşaqlarımın atasından xoşum gəlmir”.
Qeyd edək ki, Eryona Süleymani Fransada keçirilən AVRO-2016-nın ən seksual fanatı seçilmişdi. Cütlük 2017-ci ildə boşanıb.