Lənkəran şəhərinə yağan qarın hündürlüyü 50 sm-ə çatır.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.
Ötən gecədən bu saata kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hazırda rayon ərazisində qarın yağması davam edir.