Dekabrın 7-də Moskvada naməlim şəxs qızı döyərək zorlayıb. Çirkin əməlini ört-basdır etmək üçün sonra onu öldürmək fikrinə düşüb. Cinayətkarın məqsədini başa düşən qız canını qurtarmaq üçün çıxış yolunu özünü binanın 4-cü mərtəbəsindən atmaqda görüb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva İstintaq İdarə rəisinin böyük köməkçisi Yuliya İvanova bildirib.
İstintaq məlumatlarına görə, cinayətkar yenə də qızdan əl çəkməyib. Aşağı düşərək ona bıçaqla xəsarətlər yetirib və maşına minərək ərazidən qaçıb.
Hadisə şahidləri təcili tibbi yardım çağırıb, zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı “zorlama” və “öldürməyə cəhd” maddələri ilə cinayət işi başlanıb. Cinayətkar axtarılır.