"Zil" piyadanı vurub öldürdü
31 may 2021 14:42 (UTC +04:00)

"Zil" piyadanı vurub öldürdü

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, hadisə mayın 30-da saat 9 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində qeydə alınıb. Qubadlı rayon sakini V.Əhmədov idarə etdiyi “QAZ-5312” markalı avtomobillə yolu keçən həmyerlisi Məmməd Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla əlaqədar Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

# 1317
avatar

Mehman Nəbiyev

Oxşar yazılar