Zığ yolundakı DƏHŞƏTLİ QƏZADA  2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı məlum oldu - YENİLƏNİB
14 aprel 2026 09:57 (UTC +04:00)

Zığ yolundakı DƏHŞƏTLİ QƏZADA 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı məlum oldu - YENİLƏNİB

0

Bakıda baş verən dəhşətli qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıbmış. 

Lent.az xəbər verir ki, Zığ yolunda Elmir Qubadovun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil yolda dayanan "Hyundai" markalı yük avtomobilinə çırpılması nəticəsində Elvin Əsgərov və Samir Məmmədov hadisə yerində ölüblər.

Qəza nəticəsində 3 nəfər - Azad Əhmədov, Gülşən Məmmədova və sürücü E.Qubadov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

13 aprel, saat 11:22

Aprelin 12-si, gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağın və zəruri təhlükəsizlik tədbirləri görməyin nə qədər önəmli olduğunu göstərir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumatı nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalı yandırılmalı və nəqliyyat vasitəsinin arxasında ən azı 30 metr məsafədə xüsusi nişan yerləşdirilməlidir. 

Hər dəfə deyildiyi kimi, sürücülər yollarda diqqəti yayındıracaq vasitələrdən istifadə etməməli, xüsusilə də sutkanın qaranlıq vaxtı bu məsələyə daha məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1586

Oxşar yazılar