Kenquru müsahibəsindəki suallar müzakirələrə səbəb oldu:  Arek, Darek, Marek - VİDEO
13 aprel 2026 17:30 (UTC +04:00)

Kenquru müsahibəsindəki suallar müzakirələrə səbəb oldu: Arek, Darek, Marek - VİDEO

0

Ötən gün keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsindəki bəzi suallar müzakirələrə səbəb olub. Belə ki, suallarda məntiqi əlaqənin olmaması, yerli yox, xarici adların istifadəsi ikinci sinif şagirdlərinin bilik səviyyəsinə uyğun hesab edilməyib.

Lent.az sözügedən məsələ ilə bağlı Təhsil İnstitutuna (ARTİ) sorğu göndərib.

İnstitutdan sorğumuza cavab olaraq bildirildi ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi beynəlxalq formatda təşkil olunur və suallar mərkəzi təşkilat tərəfindən hazırlanaraq iştirakçı ölkələrə təqdim edilir:

"Tapşırıqlarda istifadə olunan personaj adları da orijinal mətnin tərkib hissəsidir, müxtəlif ölkələri təmsil edən neytral və universal adlardan seçilir. Yaş kateqoriyasına görə sualların hazırlanması da beynəlxalq standartlar əsasında həyata keçirilir. 

Sualların Azərbaycan dilinə tərcüməsi zamanı əsas məqsəd məzmunun və məntiqin olduğu kimi qorunmasıdır. Bu səbəbdən də bir çox hallarda xüsusi isimlər (adlar) dəyişdirilmədən saxlanılır ki, tapşırığın ilkin quruluşu və beynəlxalq standartlara uyğunluğu pozulmasın.

Eyni zamanda, valideynlərin bu məsələ ilə bağlı həssaslığını anlayır və qeyd olunan iradları diqqətə alırıq. Gələcək mərhələlərdə bu kimi məqamların daha da təkmilləşdirilməsi üçün təşkilatçı qurum qarşısında müvafiq təkliflərin irəli sürülməsi nəzərdə tutulur". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar