Zaqatalada maşın piyadanı vurub öldürdü
13 aprel 2026 22:48 (UTC +04:00)

Zaqatalada maşın piyadanı vurub öldürdü

7

Zaqatalada avtomobilin vurduğu 55 yaşlı kişi ölüb.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü rayonun Aşağı Tala kənd sakini Səfər Kələşov idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə 1971-ci il təvəllüdlü rayonun Aşağı Tala kənd sakini İmdad Sarı oğlu İsmayılovu vurub.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ. İsmayılov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq İ. İsmayılovu xilas etmək mümkün olmayıb və o  xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
7
# 5418

Oxşar yazılar