Zaqatalalı şəhidin dayısı oğlu Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
27 fevral 2023 22:35 (UTC +04:00)

Zaqatalalı şəhidin dayısı oğlu Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Zaqatanın Suvagil kəndindən olan Əhmədov Amid Fərman oğlu Rusiya tərəfindən döyüşlərə qatılıb.

O, bu gün minaya düşərək həyatını itirib. 

Mərhumun cənazəsinin yaxın günlərdə Zaqatalaya gətirilərək doğma kəndində dəfn ediləcəyi bildirilir. 

Qeyd edək ki, Amid Əhmədov Zaqataladan olan Vətən müharibəsi qəhrəmanı, şəhid İsmayıl Səmədovun dayısı oğludur.
 

# 8283
avatar

Oxşar yazılar