Zaqatalada daha bir FACİƏ:  körpə doğuş zamanı öldü - YENİLƏNİB
10 may 2022 12:55 (UTC +04:00)

Zaqatalada daha bir FACİƏ: körpə doğuş zamanı öldü - YENİLƏNİB

TƏBİB Zaqatalada baş verən uşaq ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü, 41-42 həftəlik hamilə olan Mehdiyeva Nərmin Fuad qızı 7 may 2022-ci il tarixində, saat 22:09-da rezus mənfi faktorla Zaqatala rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə kəskin sancılarla daxil olub.

Mayın 8-də saat 06:50-də doğuş baş verib. 3 kilo 800 qram çəkidə ağır asfiksiya ilə qız uşağı dünyaya gəlib. Reanimasiyon tədbirləri gürülüb, lakin tənəffüs bərpa olunmayıb. Yenidoğulmuş CPAP aparatına qoşulsa da, 5 dəqiqə sonra ürək dayanması müşahidə olunub.

***

saat 10:45

Zaqatalada doğuş zamanı uşaq ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. 

Rayonun Aşağı Tala kənd sakini N.M. (ad şərtidir) doğuşla əlaqədar xəstəxanaya müraciət edib.

Normal doğuş keçirilməsinə baxmayaraq uşaq ölüb.

İlkin məlumata görə, uşağın ciyərləri açılmayıb.

Bildirilir ki, ana hamiləlik dövründə koronavirusa yoluxubmuş. 

Qeyd edək ki, hadisə baş verən gün həmin xəstəxanada ana doğuşdan sonra ölüb. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında  36 həftəlik oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə bağırsaq keçməzliyi şübhəsi ilə Bakıya gətirilib. 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında  kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya  üçün laboratoriyaya göndərilib. 

Ailəsi xəstəliyin əvvəlcədən mövcudluğu barədə məlumatlı olduğunu bildirib. Xəstə ailəsi tərəfindən yazılı iltizamnamə ilə evə buraxılıb.  

Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınan xəstə yolda dünyasını dəyişib.  

Uşağın vəziyyəti isə stabildir. 
 

# 4962
avatar

Fidan İlqar

Oxşar yazılar