Zaqatalada AĞIR QƏZA:  1 ölü və 7 yaralı - ADLAR
13 mart 2025 16:48 (UTC +04:00)

Zaqatalada AĞIR QƏZA: 1 ölü və 7 yaralı - ADLAR

Zaqatalada baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub. 

Lent.az xəbər verir ki, qəza nəticəsində "Niva"nın sürücüsü, rayonun Sabunçu kənd sakini 66 yaşlı Şəmsəddin Yunusov dünyasını dəyişib. 

"Niva" da olan sərnişinlər, sürücünün ailə üzvləri - 38 yaşlı Şəhla Məmmədova, 47 yaşlı Zümrüd Əhmədova, azyaşlılar - Murad və Məhəmməd Əliyevlər xəsarət alıblar. 

İnkassatorda olan Şükür Allahverdiyev, kassir Səbuhi Əliyev və sürücü Elşən Süleymanov çox yüngül xəsarət alıblar.

***

15:30

Zaqatalada ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 14:40-da Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

"Niva", "Mercedes" və İnkassator maşınının toqquşması nəticəsində bir nəfər ölüb, bir-neçə nəfər xəsarət alıb.  

Ölən "Niva"nın sürücüsü, rayonun Sabunçu kənd sakini 66 yaşlı Şəmsəddin Yunusovdur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17546

Oxşar yazılar