Zaqatalada ağır qəza, iki nəfər yaralandı - VİDEO
31 may 2025 00:05 (UTC +04:00)

Zaqatalada ağır qəza, iki nəfər yaralandı - VİDEO

Xəbərə video əlavə olunub

***

Saat 23:00

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Zaqatala şəhəri ərazisində, Tala çayı üzərindəki “Asma körpü”də baş verib.

Belə ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan 24 yaşlı rayonun Yuxarı Tala kənd sakini Rövşən Elşən oğlu Qurbanov və 32 yaşlı rayonun Qımır kənd sakini Tamerlan Əhməd oğlu Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8252

Oxşar yazılar