Göygöldə avtomobil ağaca çırpıldı:  yaralılar var
31 may 2025 22:34 (UTC +04:00)

Göygöldə avtomobil ağaca çırpıldı: yaralılar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Gəncə–Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 55 yaşlı N. Musayeva və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1850

Oxşar yazılar