Zaqatalada 53 yaşlı qadın itkin düşdü - FOTO
23 may 2023 10:31 (UTC +04:00)

Zaqatalada 53 yaşlı qadın itkin düşdü - FOTO

Zaqatalada 53 yaşlı qadın itkin düşüb.

Lent.az-ın məlumatına görə, şəhər sakini, 53 yaşlı Elmira Muxtarova mayın 18-də səhər saat 11 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Qadının şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, qadının itkin düşməsi ilə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət edilib. Onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.

# 8328
avatar

Oxşar yazılar