Zaqatalada 55 yaşlı kişi körpüdən yıxılaraq ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında 1966-cı il təvəllüdlü Qəzənfər Baba oğlu Babayev Zaqatala şəhəri ərazisindən keçən Tala çayı üzərində inşa edilmiş asma körpüdən yıxılıb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Q.Babayev bu gün səhər saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edəki ki, Q.Babayev uzun illər idi ki əsəb xəstəliyindən əziyyət çəkirdi.
Faktla bağlı araşdırma aparılır.