Yuxarı Qarabağ kanalı bəndi uçuraraq daşıb.
Lent.az.ın xəbərinə görə, hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.
Suyun daşması nəticəsində böyük ərazi su altında qalıb. Əraziyə çox sayda texnika cəlb olunub. Daha böyük fəsadların qarşısını almaq üçün bəndbərkitmə işləri aparılır.
Yuxarı Qarabağ Kanalı idarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Hadisəyə səbəb kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.