Yük avtomobili çevrildi, türk sürücü yaralandı
27 yanvar 2023 08:35 (UTC +04:00)

Yük avtomobili çevrildi, türk sürücü yaralandı

Şəmkirdə  yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının yoluun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü - Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Mendi Zayiroğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 
 

# 1518
avatar

Oxşar yazılar