Noyabrın 18-də saat 18 radələrində Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini M.Fərhadov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Noyabrın 18-də saat 17 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini O.Məmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən piyadanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır