Yolu keçmək istədi, maşın vurub  ÖLDÜRDÜ
28 noyabr 2022 12:45 (UTC +04:00)

Yolu keçmək istədi, maşın vurub ÖLDÜRDÜ

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Cavid Rafik oğlu Hüseynov idarə etdiyi "Ford Transit" markalı avtomobil ilə yolu keçmək istəyən piyada Fuad Sadiq oğlu Əliyevi vurub. 

Nəticədə piyada Fuad Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. 

# 2139
avatar

Fidan İlqar

Oxşar yazılar