27 iyul 2021 22:14 (UTC +04:00)

Yolu keçən qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Qurbanova Səlminaz Ehsan qızını vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

# 891
avatar

Oxşar yazılar