"Yolka" bazarında REYD:  miqrantlar müharibəyə çağırıldı
21 dekabr 2023 17:58 (UTC +04:00)

"Yolka" bazarında REYD: miqrantlar müharibəyə çağırıldı

Çelyabinskdə miqrantlara şam ağacı (“yolka”) bazarında hərbi komissarlığa çağırış vərəqələri verilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, miqrasiya idarəsinin əməkdaşları hərbi komissarlığın nümayəndələri ilə birlikdə tikinti obyektlərində, eləcə də şam ağacı və pirotexniki vasitələrin satıldığı yerlərdə reydlər keçirib. Rusiya vətəndaşlığını almış və buna görə də hərbi qeydiyyata alınmalı olan miqrantlara çağırış vərəqələri verilib.

Bundan başqa, Rusiyada qeyri-qanuni olan iki əcnəbi ölkədən zorla çıxarılıb. Daha iki miqrantın qalma müddəti azaldılıb. Onlara xaricə getmələri üçün üç gün vaxt verilib, bundan sonra kişilər deportasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4236
avatar

Oxşar yazılar