YOL QƏZASI:  avtomobilin qabaq hissəsi "YOXA ÇIXDI"  - FOTO
13 iyun 2021 20:37 (UTC +04:00)

YOL QƏZASI: avtomobilin qabaq hissəsi "YOXA ÇIXDI" - FOTO

 

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Lada” markalı minik avtomobili toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

# 5556
avatar

Oxşar yazılar