Yol polisindən  ACI ETİRAF:  "Haradansa tapıb gətirirlər..."
06 iyul 2021 15:15 (UTC +04:00)

Yol polisindən ACI ETİRAF: "Haradansa tapıb gətirirlər..."

Baş Dövlət Yol Polisi İdarəsi yanğın təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib.

İdarədən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Müşahidələrimiz göstərir ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq yalnız avtomobillərini texniki baxışdan keçirməkdən ötrü odsöndürəni haradansa əldə edib, sonra isə geri qaytarırlar. Buna görə də lazım olan məqamda nəqliyyat vasitəsində odsöndürən olmur.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün nəqliyyat vasitələrində odsöndürənin olmasını mütləq təmin etsinlər".

# 2556
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11