Yevlaxda minik maşını aşaraq kanala düşüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Aran qəsəbəsi yaxınlığında baş verib.
Minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.