Yeniyetmə beyninə amöb yoluxduqdan sonra ÖLDÜ
12 iyul 2023 10:54 (UTC +04:00)

Yeniyetmə beyninə amöb yoluxduqdan sonra ÖLDÜ

Hindistanın Kerala ştatında 15 yaşlı yeniyetmə Naeqleria amöbün beyninə ziyan vurması nəticəsində ölüb.

Lent.az xəbər verir ki, bu barədə "News18" məlumat yayıb.

Bu parazit qoxu siniri ilə beyinə doğru hərəkət edir və geridönməz infeksiyaya səbəb olur. Ştatın səhiyyə naziri Vina Corc qeyd edib ki, gənc oğlan ölkənin cənub-şərqindəki Alappuja bölgəsində çirklənmiş su anbarında çimərkən infeksiyaya yoluxub: "Naeqleria amöbləri 25-30 dərəcə Selsi temperaturunda təbii və süni şirin su hövzələrində yaşayır. Bu, ştatda beşinci yoluxma halıdır. Bütün yoluxmuş xəstələr ölüb".

Oxşar hallar 2016, 2019, 2020 və 2022-ci illərdə ştatın müxtəlif şəhərlərində də qeydə alınıb. Birincili amöb meninqoensefalitin əsas simptomları qızdırma, baş ağrısı, qusma və qıcolmalardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Fidan İlqar

Oxşar yazılar