Yeni doğulan körpəsini paltaryuyan maşına  atıb öldürdü
11 iyun 2025 14:38 (UTC +04:00)

Yeni doğulan körpəsini paltaryuyan maşına atıb öldürdü

0

Rusiyanın Çelyabinsk vilayətində ana yeni doğulmuş uşağını amansızlıqla öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Satka rayonunun Süleyə kəndində baş verib. İstintaqın məlumatına görə, hamiləliyinin 40-cı həftəsində 33 yaşlı qadın hamamda oğlan uşağı dünyaya gətirib, sonra çantaya qoyub və paltaryuyan maşına ataraq, onu bağlayıb.

Paltaryuyan maşının olduğu otaqda temperature -6 Cº idi. Nəticədə körpə soyuqdan donaraq ölüb. 

Qadına qarşı cinayət işi açılıb. Hazırda istintaq yekunlaşıb və materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1770

Oxşar yazılar