Yeni doğulan körpəni zibil qutusuna  atdılar
17 aprel 2025 12:14 (UTC +04:00)

Yeni doğulan körpəni zibil qutusuna atdılar

Türkiyədə zibillikdən yeni doğulmuş körpə meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib.

Zibil qutularını eşələyən kişi qara torbada körpə olduğunu görüb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları körpənin öldüyünü və yeni doğulduğunu, hələ heç göbək ciyəsinin kəsilmədiyini müəyyən ediblər.

Polis yeni doğulan oğlan uşağının zibil qutusuna kim tərəfindən atıldığını müəyyən etmək üçün əməliyyatlara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416

Oxşar yazılar