Yenə "patı", yenə heroin...  SATARKƏN TUTULDULAR - FOTO
19 iyul 2021 12:00 (UTC +04:00)

Yenə "patı", yenə heroin... SATARKƏN TUTULDULAR - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Mirzəyev Liman şəhəri ərazisində narkotik vasitə heroini satarkən saxlanılıb və üzərindən əlavə olaraq 4 bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə R. Mirzəyevə həmin psixotrop maddəni Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ələsgər Kəlbizadənin satdığı müəyyən olunub. Ə.Kəlbizadənin yaşadığı evin zirzəmisindən 1 kiloqram 43 qram heroin, 512 qram “patı”, “şüşə” kimi tanınan metamfetamin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rakif Əliyev və Vaqif Mirzəyev saxlanılıblar. Onların üzərindən satış məqsədilə saxladıqları ümumilikdə 14 bükümdə heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

# 2979
avatar

Oxşar yazılar