Yaşlı kişini maşın vurub xəstəxanalıq etdi
05 aprel 2023 03:09 (UTC +04:00)

Yaşlı kişini maşın vurub xəstəxanalıq etdi

0

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

1961-ci il təvəllüdlü Mahmudov Hamlet Mahmud oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1943

Oxşar yazılar