Yaşlı kişi qəzada həlak oldu
20 iyul 2022 02:46 (UTC +04:00)

Yaşlı kişi qəzada həlak oldu

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın APA-ys istinadla xəbərinə görə, hadisə rayonun Ərəbqubalı kəndi ərazisində qeydə alınıb. Kənd Ərəbqubalı kənd sakini, 63 yaşlı Əlhəsən Mehdiqulu oğlu Həsənov idarə etdiyi “VAZ-2106” markalı minik maşınını ilə kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. 

Hadisə zamanı sərnişin, Ərəbqubalı kənd sakini, 68 yaşlı Nəsir Qurban oğlu Nəsirov hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.
 

# 1437
avatar

Oxşar yazılar