Rusiyanın Tomsk vilayətində yaşayış binasında yanğın olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Asino şəhərində baş verib. Nəticədə 3 nəfər ölüb.
Yanğının sahəsi 181 kvadratmetr olub. Söndürmə işlərinə 14 nəfər və dörd texnika cəlb olunub.
Bölgə üzrə İstintaq Komitəsinin müstəntiqləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsində (“Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma”) nəzərdə tutulmuş cinayət maddəsi ilə cinayət işi açıblar.