Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğınların 28 yaşlı Ş.Əliyevin əkin sahəsini, 54 yaşlı M.Xudaşovun isə məişət tullantıllarını yandırması ilə törədildiyi məlum olub.
Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Hər iki şəxs məsuliyyətə cəlb olunub.