İndoneziyanın Bali adasında xoruz bıçaqla kişini vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciə Denpasar şəhərində, 50 yaşlı İ Nenqah Sudana ənənəvi Balli xoruz döyüşü olan tajenə baxarkən baş verib.
Döyüşdən əvvəl xoruzların ayaqlarına iti metal bıçaqlar yapışdırılır. Birdən quşlardan biri qaçıb və ayağındakı bıçaq təsadüfən yaxınlıqda dayanan Sudananın qarnına dəyib.
Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Xoruz döyüşü Bali hinduizmində təmizlənmə ritualının bir hissəsidir və uduzan xoruz qanının qurbanı pis ruhları qovmaq üçün istifadə olunur. Dini çalarları olmayan xoruz döyüşü İndoneziyada qumar sayılır və qanunsuzdur. Buna baxmayaraq, hələ də geniş şəkildə tətbiq olunur.