Xocalıda iki vətəndaşımız MİNAYA DÜŞDÜ
22 iyul 2021 10:54 (UTC +04:00)

Xocalıda iki vətəndaşımız MİNAYA DÜŞDÜ

Xocalıda iki nəfər minaya düşüb.

Xocalı rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3597
avatar

Oxşar yazılar