Xızıda İran vətəndaşından görün nələr SAXLANILDI
09 sentyabr 2024 09:21 (UTC +04:00)

Xızıda İran vətəndaşından görün nələr SAXLANILDI

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ayaz Akif oğlu saxlanılıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, onun üzərindən güclü təsiredici xassəyə malik heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

O, heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

Oxşar yazılar