Xırdalanda qatar uşağı vurub öldürdü
22 iyul 2024 20:55 (UTC +04:00)

Xırdalanda qatar uşağı vurub öldürdü

22 iyul tarixində saat 19:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.

Lent.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062
avatar

Oxşar yazılar

Azərbaycanda sabiq diplomat SAXLANILDI

Azərbaycanda sabiq diplomat SAXLANILDI

22 iyul 2024 , 23:39
Bakıda "Kia" YANDI

Bakıda "Kia" YANDI

22 iyul 2024 , 22:16
Səfa Mirzəyev VƏFAT ETDİ

Səfa Mirzəyev VƏFAT ETDİ

22 iyul 2024 , 22:06
Bakıda avtobus  yandı

Bakıda avtobus yandı

22 iyul 2024 , 21:11
Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

22 iyul 2024 , 19:57
Bakıda azyaşlını girov götürüb , öldürəcəyi ilə hədələdilər - Polis...

Bakıda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələdilər - Polis...

22 iyul 2024 , 19:46
Bakıda uşaq bağçasından OĞURLUQ:  Görün nə apardılar?

Bakıda uşaq bağçasından OĞURLUQ: Görün nə apardılar?

22 iyul 2024 , 19:30
Oğuzda DƏHŞƏT:  11 yaşlı qız öldü

Oğuzda DƏHŞƏT: 11 yaşlı qız öldü

22 iyul 2024 , 19:04