Xırdalanda qadına hücum olunub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Naməlum şəxs 49 yaşlı Sədaqət Səfərovaya hücum edərək onun əlindəki pulları və mobil telefonu olan çantasını zorla əlindən alaraq qaçıb.
Zərərçəkən qadın bu barədə polisə şikayət edib. Hazırda Abşeron polisi hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.