Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Lent.az xəbər verir ki, idarəyə Xəzər dənizinin Qaradağ rayonu ərazisində yerləşən sahilində naməlum şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlərlə həmin şəxs 48 yaşlı Ayaz Əsədov su polisləri tərəfindən saxlanıb. Ondan marixuana, heroin, psixotrop maddə olan metamfetamin və narkotiklərin qəbulu üçün nəzərdə tutulan digər ləvazimatlar aşlarlanıb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
