Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – Mərkəzin məlumatında deyilir.
Yerli vaxtla 06.09-da qeydə alınan yeraltı təkanların ocağı 62 km dərinlikdə olub.
Qeyd edək ki, bu gün saat 00.58-də Masallı rayonunda da zəlzələ baş verib.