Xəstə övladını Türkiyəyə aparan azərbaycanlı ailənin başına OYUN AÇDILAR
17 iyun 2022 17:15 (UTC +04:00)

Xəstə övladını Türkiyəyə aparan azərbaycanlı ailənin başına OYUN AÇDILAR

Autizmli qızlarının təhsili üçün İstanbula gedən azərbaycanlı ailəyə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, Bahar Niyazova və Qədir Niyazov 2017-ci ildə autizmli qızlarının daha yaxşı şəraitdə təhsil alması üçün İstanbula gediblər. Dostlarının məsləhəti ilə qızlarını xüsusi təhsil və reabilitasiya mərkəzinə göndərən ailə burada S.B. adlı müəllimlə tanış olublar. Bir müddət sonra S.B. ayda min dollara (təxminən 1700 manat) evdə qızlarına dərs deməyə başlayıb. İki ildir qızlarına təlim keçən S.B ailəyə birlikdə xüsusi təhsil və reabilitasiya mərkəzi açmaq təklifi edib. Təklifə razı olan həmyerlilərimiz Azərbaycandakı evlərini sataraq 60 min dollar (təxminən 102 min manat) pullarını S.B-yə təhvil veriblər.

Daha sonra S.B Türkiyə vətəndaşı olmadıqlarına görə, azərbaycanlı ailə ilə rəsmi ortaq ola bilməyəcəklərini deyib. S.B. aralarında notariat qaydasında təsdiq edilmiş xüsusi müqavilə bağlayacaqlarını, lakin təlim mərkəzini öz adına açmalı olduğunu bildirib. Ailə bu müddət ərzində Azərbaycana gəlib və qayıdıb. Ancaq bu müddətdə S.B.-dən həmin notariat sənədini ala bilməyiblər. Vəziyyətdən şübhələnən ailə Başakşəhərdəki “şərikli” açdıqları reabilitasiya mərkəzinə gediblər. Ancaq burada onlar aldadıldıqlarını başa düşüblər. Həmyerlilərimiz son ümidi hüquq-mühafizə orqanlarına müraciətdə görüblər. Beləliklə onlar prokurorluğa üz tutublar və hazırda məhkəmə prosesinin yekununu gözləyirlər.

Bahar Niyazova şikayət məktubunda 2 il evlərinə gələn və autizm xəstəsi olan qızına fərdi dərs deyən S.B.-yə çox güvəndiklərini ifadə edərək, “Ailə üzvümüz kimi idi. Davamlı olaraq bizə şərikli reabilitasiya mərkəzi açmağı təklif edirdi. Biz də ona inanıb əmin olduq. Əcnəbi olduğumuz üçün məktəbi öz adına açacağını dedi. Aramızda notariusda sənədlər imzalayacaq və şərik olduğumuz üçün üzərimizə düşən pul hissəsini qoyacaqdıq. Həmin mərkəz pulsuz xidmət göstərəcəkdi. Mənim qızım da orada təhsil alacaqdı. Qızımı xilas etmək üçün bu yola çıxmışdıq” deyib.

Niyazova bildirib ki, əri Azərbaycandadır və ona görə də bütün işləri S.B. öz üzərinə götürüb: “Bizi aldatdılar. Dedilər ki, sənin adın Milli Təhsil qeydlərində olmayacaq, amma öz aramızda notariusda müqavilə bağlayacağıq. Şərikli biznesə pul qoymaq üçün Bakıdakı evimizi də satdıq. Sənədi istəyəndə o, davamlı olaraq vaxt uzadırdı. Biz ondan elektron poçtla göndərməsini istədikdə, qəbul etmədi və dedi ki, guya həmin sənəddən onun əleyhinə istifadə edə bilərik. O zaman niyyətinin pis olduğunu anladıq. Sonra gördük ki, rəsmi əməliyyatlar apararaq, reabilitasiya mərkəzini açıblar”.

Zərərçəkmiş həmçinin bildirib ki, S.B. 2016-cı ildə cinayətkar olduğu üçün müəllimlikdən qovulubmuş:

“Lakin mən övladımı ona etibar etmişdim. Mən bu vəziyyətdən şikayətçiyəm. Qızımın təhsilsizliyindən də şikayətçiyəm. Məni ən yaxşı bu vəziyyətdə uşaqlı analar başa düşür”.

Hazırda iş üzrə məhkəmə istintaqı davam edir.

İstanbulda dələduzluğa məruz qalan azərbaycanlı ailə danışdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17136
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10