Xədicə İsmayıl polisə çağırıldı
14 mart 2024 10:34 (UTC +04:00)

Xədicə İsmayıl polisə çağırıldı

Jurnalist Xədicə İsmayıl istintaqa çağırılıb. 

Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 

Xədicə İsmayıl qeyd edib ki, bu gün saat 15:00 üçün onu Bakı şəhər Baş Polis İdarəsinə ifadə verməyə dəvət ediblər. 

Qeyd edək ki, martın 6-da Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə TV-nin bir neçə əməkdaşı həbs edilib.

# 3174
avatar

Oxşar yazılar